Abşeron Logistika Mərkəzi
İnsan Resursları üzrə biznes tərəfdaş
Son tarix 01 may 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Mərkəzin illik işçi planlamasını hazırlamaq və təmin etmək;
- Mərkəz üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
- Müxtəlif səviyyələr üzrə vakansiya tələblərini formalaşdırmaq, struktur vahidi rəhbərləri ilə işləmək;
- Ölkədaxili və ölkədən xaric namizədlərin axtarışı, araşdırılması və müsahiblələrin təşkili;
- Namizədlərin müsahibə və testə dəvəti;
- Mərkəz üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (daxil olan CV-lərin analizi və seçimi);
- Test və müsahibələrin aparılmasını təmin etmək və iştirak;
- Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək və təkliflər vermək;
- Mərkəzin potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
- Mərkəzdə təcrübə proqramları üzrə layihələrin hazırlanması, könüllü və təcrübəcilərin cəlb edilməsi;
- Əmək yarmarkalarında Mərkəzi təmsil etmək;
- Mövcud mamizədlər bazası reyestrinin davam etdirilməsi;
- Vakansiya ehtiyaclarlarını qoyulmuş vaxt çərçivəsində təmin etmək;
- Müxtəlif namizəd qiymətləndirmə alətlərindən istifadə etmək;
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək;
- Yeni işçilərin sınaq müddətləri üzrə nəticələrinin izlənməsi və qeydiyyatı;
- Maraqlı tərəflərlə, o cümlədən, universitet, işədüzlətmə agentlikləri və digər tərəfdaşlarla strateji əməkdaşlıq qurmaq;
- İşəcəlb və yerləşdirmə üzrə təlimatların yazılmasında iştirak etmək və təlimatlara əməl etmək;
- İşə götürmə prosesində risklərin qarşısının alınması,
- İşəcəlb ilə bağlı ölkədaxili və ya ölkədən xaricə ezamiyyətlərdə iştirak,
- Departamentin idarə edilməsi ilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
- Fəaliyyəti ilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq,
- İşəcəlb prosesi ilə bağlı sənədləşməni təmin etmək, reyestr məlumatlarını təmin və nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatlar təqdim etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İşəcəlb sahəsində minimum 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
- Peşəkarlıq tələbləri:
- Əmək qanunvericiliyini bilməli,
- Rekruter (recruiter) kadrların işə cəlb etmə sahəsinə ixtisaslaşmış olmalı,
- Əmək bazarında peşəkar kadrların seçmə bacarığı,
- Effektiv vakansiya elanlarının hazırlanması,
- Peşəkar və qərəzsiz müsahibəni aparma bacarıgı,
- Layihə və proses yönümlü baxışlara malik olmalı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Layihə koordinatoru
Son tarix 01 may 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Ehtiyaclara uyğun layihə paketlərini formalaşdırmaq;
- Layihələrin tətbiqini təmin və idarə etmək;
- Layihələr üzrə maraqlı tərəflərlə işi təmin etmək;
- Layihə və xidmətlər üzrə biznes proses axışlarını müəyyən etmək;
- Mövcud layihələrin tətbiq müddətlərinin idarə etmək;
- Təqdim etdiyi layihə üzrə prosesləri` izləmək və keyfiyyəti təmin etmək;
- İcra prosesini izləmək və müsbət nəticəni təmin etmək;
- İcra və nəticələr barədə hesabatların hazırlanması və təqdimi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Biznes proseslər və Layihələrin idarə olunması sahəsində minimum 3 illik iş təcrübəsi,
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərinin əla səviyyədə bilməli;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
- Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikat üstünlükdür (İPMA, PMP, ACP və s.)
- Peşəkarlıq tələbləri:
- Proses idarəçiliyi bacarığı.
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Biznes proseslərin təsviri bacarığı;Layihəyönümlü düşünmə tərzi;
- Layihə istiqamətində bazanın təhlilini bilmək;
- Təqdimat bacarığı;
- Problem həll etmək qabiliyyətli,
- Liderlik qabiliyyəti və emosional intellekt;
- Idarə etmə bacarıqları,
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 aprel 2024-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Layihə koordinatoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)
Beynəlxalq daşıma əməliyyatları üzrə koordinator
Son tarix 01 may 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
- Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
- Tranzit əməliyyatların idarə olunmasında birbaşa iştirak etmək;
- Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
- Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
- Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
- Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
- Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
- Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
- Tranzit daşımaları üzrə (idxal və ixrac üzrə ehtuyac olduqda) əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
- Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Beynəlxalq daşıma sahəsində minimum 7 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
- Peşəkarlıq tələbləri:
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Proses idarəçiliyi bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 aprel 2024-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma əməliyyatları üzrə ko0rdinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.