Air Group
Hüquq şöbəsinin müdiri
Son tarix 28 okt 2024 - [email protected]
Namizədə tələblər
- Müvafiq sahə üzrə ali təhsil
- Hüquq və insan resursları sahəsində ən azı 5 il müvafiq iş təcrübəsi (rəhbər vəzifədə)
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan, ingilis və rus dillərini bilməli.
İş barədə məlumat
- Şirkətin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək;
- Şirkətin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək;
- Şirkətin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkilini etmək;
- Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək
- Şirkətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq;
- Şirkətin rəhbərliyinin təsdiqinə təqdim olunan əmr, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlamaq;
- Təqdim edilən sənədin qanunvericiliyə zidd olan hissəsi üzrə hüquqi rəy vermək, həmin sənəd lahiyənin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyyələr vermək və düzəlişlərin aparılması üçün aidiyyəti üzrə təqdim etmək;
- Ümumi fəaliyyətlə bağlı aylıq və rüblük hesabatların hazırlanması.
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Korporativ nömrə və danışıq balansı
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Hüquq şöbəsinin müdiri” sözlərini qeyd edərək [email protected] elektron ünvanına göndərsinlər.əmi