GM Construction
Betonzavod direktoru (Laçın rayonu)
Son tarix 30 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisənin strateji və əməlliyat planlarının hazırlanmasına rəhbərlik edilməsi və icrasına nəzarət;
- Ümumi fəaliyyətin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
- Müəssisənin digər müəssisə və qurumlarla (dövlət orqanları da daxil olmaqla) əlaqələrində iştirak edərək, müqavilə bağlanmasında təmsil edilməsi;
- Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi;
- Şöbə və bölmələrin işinin bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi;
- Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatların müvafiq struktur bölmələrə ötürülməsi;
- Mal-material hesabatlarının hazırlanmasını, analiz edilməsini təmin edərək nəticələrə görə uyğun tədbirlərin görülməsi və istiqamətləndirilməsi;
- Betonların markalara uyğun yığılmasına nəzarət edilməsi;
- Texniki hesabatların vaxtlı vaxtında aparılması;
- İstehsalın planlaşdırılması və iş yerinin təkmilləşdirilməsində qabaqcıl üsul/metodların tətbiqində yaxından iştirak etmək;
- İstehsal xəttində olan məhsul, xammal və materialların müvafiq yerlərdə və müntəzəm olaraq saxlanılmasının təmin edilməsi;
- Xammal və materiallardan düzgün istifadə qaydalarını, istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər planının hazırlanmasında və tətbiqində iştirak edir;
- İstehsal prosesinin düzgün yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təşkil edir;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına dair müvafiq göstərişlər verir;
- Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və istehsalat işini tələb olunan səviyyədə təşkil edir.
Bilməlidir:
- İstehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri;
- Buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını;
- Zavodun istehsal təchizatını və onun texniki istismarını;
- İstehsalın gedişi uçotunun sistem və metodlarını;
- İstehsalatın, əməyin və idarəetmənin təşkilini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.
Tələblər:
- Cins: kişi
- Yaş həddi: 35 – 55;
- Beton istehsalı üzrə təcrübənin olması şərtdir;
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: müvafiq sahə üzrə azı 3 il;
- Kompüter bacarıqları: MS Office - yaxşı səviyyədə.
İş şəraiti:
- İş yeri: Laçın rayonu;
- İş rejimi: 6 günlük;
- Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı: müsahibə əsasında.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Mühasib (Laçın layihəsi üçün)
Son tarix 30 iyn 2023 [email protected]
Vəzifə öhdəliyi:
- Mühasibat (maliyyə) hesabatlarının Baş ofis tərəfindən müəyyən edilmiş müddətlərdə tərtibi və təqdim edilməsi;
- Mədaxil və məxaric pul vəsaiti uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatları uçotunun təşkili və nəzarətdə saxlanılması;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
- Təhtəl hesab, avans hesabatının aparılması, balans hesabatı üçün lazım olan ilkin əməliyyatların təmin edilməsi;
- Hesab və elektron qaimə-fakturalarının yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinin təşkili və prosesdə iştirak;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasına nəzarət;
- Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Cins: kişi
- Yaş həddi: 30 - 50
- İxtisas üzrə azı 5 il iş təcrübəsi;
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- İstehsalat təcrübəsinin olması mütləqdir;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İdarəçilik bacarığı;
- Vergi Məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşmə;
- İş yeri - Laçın şəhəri;
- Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsasında.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.