Kapital Bank namizədləri Ağcabədi, Xəzər və Qazax şöbələrində Kiçik əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Müştərilərə xidmət;
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər
• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Səlis Azərbaycan dili biliyi;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Əməliyyatçı-kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Qazax – Əməliyyatçı-kassir