Azərsilah Müdafiə Sənayesi Holdinqi
Aparıcı mütəxəssis
Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-700-800-1000-1200-1300-1400-1500-1600-2000 MANAT - 17 VAKANSİYA
Son tarix 30 okt 2024 - [email protected]
VƏZİFƏ: Aparıcı mütəxəssis - İnvestisiya və xəzinədarlıq şöbəsi
İŞ YERİ: Bakı
MÜƏSSİSƏ: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
ƏMƏK FUNKSİYASI:
- Əməliyyat və maliyyə məlumatlarının təhlil edilməsi, analitik təqdimatların və hesabatların hazırlanması
- İnvestisiya layihələrin dəyərləndirilməsi
- Layihələrin izlənilməsi və icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına uyğunluğunun təmin edilməsi
- Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi
- Planlama və büdcənin hazırlanması prosesində iştirak etmək və nəticələr barəsində maliyyə analizlərinin aparılması
- Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilində iştirak etmək
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi
- Daxil olan digər ad-hoc sorğuların icra edilməsi
VƏZİFƏ TƏLƏBLƏRİ:
- Təhsil pilləsi (minimum)
- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə
- İş təcrübəsi (minimum)
- Minimum 2 il ümumi iş təcrübəsi, min 1 il istehsalat(real) sektor üzrə təcrübə
- Dil bilikləri
- Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri
- Microsoft office proqramları (əsasən Excel)
- Digər zəruri tələblər
- Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F2,F5 və CFA)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aparıcı mütəxəssis - İnvestisiya və xəzinədarlıq şöbəsi” qeyd etməyiniz xahiş olunur