SATIŞ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS
İş yeri: Sahil Plaza
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 600 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Satış və Marketinq departamentinin müdiri
İŞİN TƏSVİRİ
− Malın anbardan müştəriyə çatdırılanadək izlənilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində işlərin görülməsi;
− Logistika şöbəsi ilə məhsulların çatdırılmasının daimi kordinasiyası;
− İxrac əməliyyatlarının kordinasiyası; ixrac üçün tələb olunan sənədlərin hazırlanması; ixrac proseslərinin izlənilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində işlərin görülməsi;
− Müştəri bazasının yaradılması və yenilənməsi;
− Satış hesabatlarının hazırlanılması;
− Satış üçün lazım olan bütün sənədlərin hazırlanılması və CRM sisteminə daxil edilməsi (Satış müqavilələri, təhvil - təslim aktları və s.);
− Hazırlanmış sənədlərin icrasına nəzarət;
− Müştərilərin iş fayllarının hazırlanılması;
− Rəsmi təkliflərin hazırlanılması;
− Müştərilərin tələb, təklif və şikayətlərinin qeydiyyatının aparılması;
− Satışların təşkilində digər administrativ məsələlərin həllində işlərin görülməsi;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
− Ali təhsil;
− Dil bilikləri -Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini bilməlidir);
− Office proqramlarında işləmə bacarığı;
− Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
CV-lərinizi 31.10.2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
"Corn Processing Company" işçi axtarır - VAKANSİYA
20:55
11 Okt 2020