Azərsilah Müdafiə Sənayesi Holdinqi
Hüquqşünas (mütəxəssis)
Son tarix 28 dek 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
- Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət, satınalma və s.) hazırlanması və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
- Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
- Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək;
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
Vəzifə tələbləri:
Təhsil pilləsi (minimum)- Ali Təhsil - Hüquq, Beynəlxalq hüquq
Təhsil ixtisası- hüquqşunaslıq
İş təcrübəsi (minimum)- Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsi (dövlət qurumunda təcrübə üstünlükdür)
Dil bilikləri- Azərbaycan dili, İngilis dili (rus dili üstünlükdür)
Kompüter bilikləri-Microsoft Word, Excel proqram təminatlarından sərbəst istifadə etmək
Digər zəruri tələblər- Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual qanunvericiliyini yaxşı səviyyədə bilməlidir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilmək üstünlükdür.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Analitik düşünmə
- Problem analiz etmə
- Detallara diqqət
- Nizam-intizam
- Effektiv planlama və icra etmə
- İşgüzar və hüquqi yazışma bacarığı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas (mütəxəssis)” qeyd etməyiniz xahiş olunur