GM Construction
Layihə rəhbəri (Beynəlxalq layihə üçün)
Son tarix 14 iyl 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi,
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi,
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
- Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Vəzifəyə tələblər:
- İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil,
- Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi,
- Rus və ingilis dilini əla səviyyədə bilməli,
- Punktualıql və məsuliyyət,
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
- Ezamiyyətlərə getməyə hazır olmalı,
- Microsoft Office, Auto Cad, 3D və s. proqramlarında işləmək bacarığı.
İş şəraiti və təminat:
- İş rejimi: 6 günlük,
- İş yeri: Bakı Heydər Əliyev pr 189, gələcəkdə rotasiya oluna bilər,
- Korporativ nömrə ilə təmin olunma,
- Əmək haqqı: 3500 - 4000 man (müsahibə əsasında müəyyən olunacaq).
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.