Around Business Group
Layihə rəhbəri
Son tarix 05 iyl 2025 - [email protected]
Biz peşəkar komandamıza Layihə rəhbəri axtarırıq!
Tələblər:
- Minimum 1 il layihə rəhbərliyi üzrə iş təcrübəsi
- Yaş: 25-45
- Tütün məhsulları, alkoqol və ya B2B sahələrində,promo aksiyaların təşkil olunmasında iş təcrübəsi
- Diqqətlilik, çoxsaylı tapşırıqlarla işləmək bacarığı
- Yüksək səviyyədə zamanın idarə olunması və idarəetmə bacarıqları
- Sakit və konstruktiv idarəetmə tərzi — əməkdaşlarla etik və mehriban davranış
- Rus dilini ən azı baza səviyyəsində bilməli, ingilis dili üstünlük sayılır
- Excel və Google Sheets proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Layihənin brifdən yekun hesab-faktura mərhələsinədək aparılması
- Komanda daxilində tapşırıqların koordinasiyası, bölgüsü və icrasına nəzarət
- Tərəfdaşlarla və müştərilərlə əlaqələrin qurulması və idarə olunması;
- Layihələrin planlaşdırılması, tətbiqi və vaxtında icrası
- Risklərin idarə olunması, nəzarət strukturunun qurulması
- Sənədlərin və hesabatların hazırlanması
- Excel və Word proqramlarında diaqramlar və struktur sxemlərinin hazırlanması
- Məhsulun sertifikatlaşdırılması və tütün məhsulları ilə iş üzrə baza səviyyəsində anlayış
- Bütün layihələrin vaxtında, müəyyən olunmuş büdcə və əhatə dairəsində uğurla icra edilməsinin təmin edilməsi
- Komanda üzvlərinin koordinasiyası və resursların effektiv istifadəsinin təmin olunması;
Biz təklif edirik:
- Stabil və inkişaf edən şirkətdə iş imkanı
- Maraqlı layihələrdə iştirak etmək imkanı
- Peşəkar komanda və rəhbərlik dəstəyi
- Əmək haqqı 2500-3000 Azn
- İş şəraiti: 5 günlük iş qrafiki: 09:00-18:00 qədər.
Qeyd olunan göstəricilərə cavab verən namizədlər öz CV-lərini “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.