6-cı Mərtəbə
Baş mühasib
Son tarix 27 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı Hesabatların tərtibi
- Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
- Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi
- 1C 7.7, 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (qeydiyyata alınması və silinməsi) uçotunun təşkili
- Təhvil-təslim və qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması təşkili
- Bank əməliyyatların aparılması
- Əməyin ödənişi sistemi üzrə əməliyyatlarin icra edilməsi (Aylıq əmək haqqı cədvəlinin hazırlanması, məzuniyyət, ezamiyyət və son haqq hesabın hesablanması)
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək
Namizədlərə tələblər:
- Maliyyə və mühasibatlıq üzrə ali təhsilli
- Baş mühasib sahəsində ən azı 3 il iş təcrübəsi
- Tikinti qanunvericiliyi, norma və qaydalarına dair biliklərin olması
- Microsoft Office (Word, Excel), 1c 7.7,8.3 proqramları üzrə mükəmməl biliyin olması
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə işləmək bacarığının olması (AR Əmək Məcəlləsinə və mövcud əmək qanunvericiliyi üzrə sənədləşmə)
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
- Beynəlxalq mühasibat uçotu prinsipləri sahəsinin anlayışı
- Milli mühasibat uçotu standartları
- Aktiv və çalışqan, kollektivdə işləmək bacarığına malik olmaq
- Məsuliyyət, düzgünlük, dəqiqlilik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- İşində dürüst,səliqəli, müsbət keyfiyyətlərə malik olmalı
- Problemləri həll edə bilmək bacarığı
İş şəraiti:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə və nahar ilə təmin ediləcək
- Əmək haqqı – müsahibə əsasında
- İş rejimi: 5 gün 09:00-dan 18:00-dək
- İş yeri: Bakı Nəsimi r-nu, Kövkəb Səfərəliyeva 64
Xahiş olunur namizədlər CV-sini “Baş mühasib” başlığı ilə göndərsinlər.