Növbəti il üzrə təhsil xərclərinə 4549,9 milyon manat vəsait proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 faiz çoxdur.
Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,8 faiz (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12,4 faiz təşkil edəcəkdir ki, bu da 2023-cü illə müqayisədə müvafiq göstəricisinə nisbətən 0,4 faizbənd çoxdur. 2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,9 faiz-bənd çox, mütləq ifadədə isə bu xərclər 1775,6 milyon manat və ya 1,6 dəfə artmışdır. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2372,0 milyon manatı və ya 52,1 faizi ümumi təhsil xərclərinin, 603,6 milyon manatı və ya 13,3 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 453,0 milyon manatı və ya 10,0 faizi məktəbəqədər təhsil xərclərinə, 101,1 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsili xərclərinə, 77,1 milyon manatı və ya 1,7 faizi peşə təhsili xərclərinə, 86,3 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrin (idman məktəbləri və sair) xərclərinə, 28,3 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlar, 828,5 milyon manatı və ya 18,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi üçün nəzərdə tutulub.