Bu ilin birinci rübündə Azərbaycandan xaricə 24 milyon ABŞ dolları dəyərində alma satılıb.
Xurma milyonlar qazandırır - 3 AYDA 32 MİLYON DOLLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, alma ixracından gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 24,4% çox olub. 2025-ci ilin yanvar-mart aylarında ölkədən 19,3 milyon ABŞ dolları dəyərinə alma ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Alma ixracının ümumi ixracda payı 2,8% olub.














