Bu yanvar-aprel aylarında Azərbaycanda 764,1 milyon ədəd yumurta istehsal edilib.
Azərbaycan xaricə yumurta ixracını - MÜVƏQQƏTİ DAYANDIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yumurta istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 34 milyon ədəd (4,3%) azalıb.
Xatırladaq ki, ötən ilin ilk dörd ayında ölkədə 798,1 milyon ədəd yumurta istehsal edilmişdi.
Hesablamalardan belə aydın olur ki, bu il ərzində ölkədə gündəlik yumurta istehsalı təxminən 6 milyon 368 min ədəd olub. Ötən ilin ilk dörd ayında gündəlik yumurta istehsalı orta hesabla 6 milyon 650 min ədəd idi.
Bununla yanaşı bu dövrdə quş əti də daxil olmaqla diri çəkidə 197,6 min ton ət, 701,6 min ton süd və 1,6 min ton yun istehsal edilib. 2025-сi ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,7% artıb, süd istehsalı eyni səviyyədə qalıb, yun istehsalı 15,8% azalıb.














