Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt və əyalət administrasiyalarının rəhbərlərinə qadınlara 8 Mart münasibəti ilə hədiyyə verməyi tapşırıb.
FED.az xəbər verir ki, bu il qadınların pul şəklində aldığı hədiyyənin məbləği 17 dollar təşkil edəcək.
Prezidentin hədiyyəsinin təqdimolunma mərasimi Türkmənistanın dövlət televiziyası ilə yayımlanır. Bu il ölkənin azyaşlı qızlarına da hədiyyə veriləcək.
2011-ci ildən etibarən, Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə dövlət müəssisələrində işləyən, ali və orta məktəblərdə oxuyan, eləcə də müavinət alan və pensiyaçı qadınlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə verilir.
Eləcə də bax: "Bizim rayondan 700 bal toplayana maşın hədiyyə edəcəyəm” - MÜSAHİBƏ