Türkiyə hökuməti son dövrlər böyük qiymət artımlarının baş verdiyi meyvə-tərəvəz bazarlarında qiymətləri nəzarətə götünrməyə başlyıb. FED.az xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Berat Albayrakın açıqladığı bələdiyyələrin daha aşağı qiymtələ meyvə-tərəvəz satacaqları tənzimlənən satış nöqtələri haqqında detallar məlum olub.
FED.az Türk mediasına istinadən xəbər verir ki, ucuz satış nöqtələrinin açılmasına gələn həftə Ankara və İstanbuldan başlanacaq.
Hökumətin bu prosesə müaxiləsi iki yolla həyata keçiriləcək – məhsul bolluğu və qiymətə nəzarət. Məhsul bolluğu yaratmaq üçün Ziraat Bankı vasitəsilə istixana investisiyalarına dəstək veriləcək, qiymətlərə nəzarət üçün isə böyük şəhərlərdə tənzimlənən satış nöqtələri yaradılır.
Hökümət yüksək meyvə-tərəvəz qiymətlərinə qarşı hərəkətə keçib, buna görə də gələn həftədən etibarən bələdəiyələr tərəfindən müəyyən edilmiş yerlərdə satışı tənzimlənən yerlərər qurulacaq. Beləliklə, istehsalçıdan alınan mallar bələdiyyə tərəfindən daha aşağı gəlirlə satılacaq. Bununla da aralıq vastəçilər bazardan geri çekiləcək.
Bu yenilik hansı şəhərlərdə olacaq
Bu yenilik ilk mərhələdə Ankara və İstanbul Böyükşəhər Bələdiyyələri tərəfindən həyata keçiriləcək.
Xüsusilə, qiymətinin tənzimlənməsinin vacib olduğu meyvə-tərəvəzlər piroritet olacaq. Hansı məhsulların harada satılacağı bələdiyyələr tərəfindən bildiriləcək.
İstixanalara dəstək
Başqa bir yenilik isə istixanalarla bağlı olacaq. Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən verilən məlumata görə, istixana investisiyaları üçün aşağı faizli kredit dəstəyi veriləcək.