"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır".
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə bildirib.
Eləcə də bax: Əmək pensiyaları kəskin artırılacaq - NAZİRDƏN AÇIQLAMA
O deyib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. “Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".
Nazir vurğulayıb ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırq. Asiya Bankının, Dünya Bankıın ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.
Nazirin toplantısından FED.az-ın CANLI YAYIMI