Sosial ipoteka kreditlərinin özəl sektorda işləyənlərə verilməməsi halları müşahidə olunur. FED.az xəbər verir ki, bir çox ailələr aylıq gəlirləri normal olduğu halda, ipotekadan yararlana bilmirlər.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sosial ipotekadan həm dövlət, həm də özəl sektorda çalışanlar istifadə edə bilərlər.
Eləcə də bax: Azərbaycan prezidentinə məktub yazmaq üçün – YENİ QAYDALAR
Vüqar Bayramov özəl sektorda çalışanlara ipoteka krediti verilməməsinin səbəblərini də açıqlayıb.
Qeyd edək ki, ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi qaydası Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2016-cı il 22 iyun tarixli, 940 nömrəli fərmanı ilə təsdiq edilib.