Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Özünəməşğulluq proqramı çərçivəsində heyvanların baha qiymətə alınması barədə iddialara münasibət bildirib.
FED.az xəbər verir ki, nazir keçirdiyi brifinqdə bildirib ki, heyvanların birinin 5000 manata alındığı barədə deyilənlər yalandır:
“İmzalanmış müqavilə ilə bir heyvan vergi və ödənişlər daxil 1800 manata alınıb. Vergi və digər ödənişlər çıxıldıqdan sonra qiymətlər 1300-1400 manat civarındadır. Heç bir podratçı şirkətə artıq pul ödənilməmişdir. Heyvanlar və avadanlıqlar ötən ildəkindən də ucuz alınıb”.
Nazir qeyd edib ki, podratçı şirkət Satınalmalar haqqında qanuna müvafiq olaraq seçilib. Seçilmiş şirkətə ödənişlər heyvan və avadanlıqların təhvil-təslim aktı və video görüntü təqdim edildikdən sonra həyata keçirilir.
Eləcə də bax: Əmək pensiyaları kəskin artırılacaq - NAZİRDƏN AÇIQLAMA