Ombudsman Elmira Süleymanova I qrup əlilliyi olan şəxslərə qulluq edən kişi və qadınların əmək pensiyası hüququnun tanınmasını təklif edib.
FED.az xəbər verir ki, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.
Ombudsman qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ümumilikdə 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsini, bu məqsədlə “Əmək pensiyaları haqqında” qanuna əlavələr olunmasını təklif edir.
Eləcə də bax: Yarım milyon qaçqının müavinəti artacaq - RƏSMİ