Novruz bayramı ilə bağlı qeyri-iş günləri açıqlanıb.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 20, 21, 22, 23 və 24 mart Novruz bayramıdır.
Eləcə də bax:"5-10 min manat pensiya alan vətəndaşlarımız var"
Əmək Məcəllləsində əsasən, 23 mart şənbə, 24 mart bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart da qeyri-iş günüdür.
Beləliklə, bu il Novruz bayramında bir həftə iş olmayacaq.