Azərbaycanın yeganə poçt operatoru olan «Azərpoçt» MMC kuryer (daşınma) xidmətləri bazarına daxil olmaq niyyətindədir. FED.az xəbər verir ki, bu barədə «Azərpoçt»un rəhbəri Emin Əfəndiyev bildirib. Onun sözlərinə görə, şirkət daha sərfəli tariflər vasitəsilə bazarda üstünlük əldə etmək və özəl kuryer xidmətlərini üstələməyi planlaşdırır.
Şirkət rəhbərliyi bildirib ki, ötən il ərzində «Azərpoçt» bununla bağlı 50-yə yaxın müqavilə imzalayıb. Bu xidmətin başlanması ilə əlaqədar olaraq hazırda şirkətin avtombil parkı da yenilənir.
Ümumiyyətlə, E.Əfəndiyev bildirib ki, 2019-cu ildə «Azərpoçt» əsas diqqəti agent xidmətlərinin inkişafına yönəldəcək: «Bu xidmətlər təkcə banklara deyil, başqa strukturlara da göstəriləcək. «Azərpoçt»un şəbəkəsi genişdir, 1497 şöbə və 63 filialın olması bizə imkan verir ki, hamıya agent xidməti göstərə bilək».
Şirkət rəhbəri qeyd edib ki, bu il Azərbaycanın elektron kommersiyi bazarında 40%-lik artım gözlənilir. Ötən il bu artım 33% olub.
©Sputnik.az
«Azərpoçt» kuryer xidmətlərinə başlayır – ŞİRKƏTDƏN AÇIQLAMA
09:00
4 Mart 2019