Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, “KULANE” mütəxəssis hazırlıq mərkəzi SƏTƏM və yükqaldırma istiqamətləri üzrə mütəxəssis hazırlanması üçün tədris proqramlarına qəbul elan edib.
Hazırlıq proqramı Azərbaycan dilindədir. İxtisasların tələbinə uyğun olaraq 6 ay boyunca tələbələrə ingilis dili, kompüter proqramları (AotoCad, MsOffice-Exel, PP,Word və s), yerli və beynəlxalq qanunvericilik, peşə psixologiyası və ilkin SƏTƏM dərsləri keçiriləcəkdir. Kursun müddəti ilkin olaraq 6 aydır. Proqramı uğurla bitirən məzunlar beynəlxalq və yerli sertifikatlar əldə edəcəklər.
Proqrama tam orta təhsilli, öyrənmə qabiliyyəti olan, peşə sahələrinə həvəsli istənilən şəxslər qatıla bilər. Dərslər peşəkar müəllimlər/qiymətləndiricilər tərəfindən tədris olunacaq. Vaxtaşırı müşahidələr nəticəsində peşə təhsili alan şəxslərin mənimsəmə bacarığı qiymətləndiriləcək, bu istiqamətdə inkişaf planı hazırlanacaq. Ümumiyyətlə, proqram nəzəri və praktik biliklərin verilməsi ilə sənaye sahələrində peşəkar texnik, mütəxəssis kimi çalışacaq savadlı və bacarıqlı kadrların hazırlanması və ehtiyac yarandığı halda, sonda aldıqları beynəlxalq sertifikatlarla və öyrəndikləıri ingilis dilinin köməyi ilə xarici ölkələrdə müvafiq sənaye sahələrində işləyə biləcək insanlarımızın yetişdirilməsidir. Peşə təhsili proqramının tədris olunması 6, 12 və 24 ay ərzində nəzərdə tutulur. Arzu edənlər 6 aydan sonra çalışacaqları iş yerləri olduğu təqdirdə, öz təhsillərini 12 aylıq proqram üzrə davam etdirə bilərlər. Növbəti 6 ay ərzində verilən tapşırıqları iş sahələrində real işlərin icrası əsasında yerinə yetirəcək, həftədə 1 və ya 2 dəfə mərkəzə gələrək gördükləri işi qiymətləndirilmə üçün təqdim edəcək, müəllimlər və qiymətləndiricilərin peşəkar istiqamətləri ilə daha yüksək texniki biliklər əldə edəcək və çalışdıqları təşkilatda daha lazımlı kadra çevriləcəklər.
Tədris ilini müvəffəqiyyətlə başa vurmuş məzunlar beynəlxalq “NVQ” səviyyələrindən üçüncünü əldə edəcəklər. 24 aylıq proqramda 12 aylıq proqram mənimsəmiş və müvəffəqiyyət qazanmış məzunların iştirak etmək hüququ var. Bu təhsil proqramında daha çox mühəndislik hesablamaları ilə bağlı olan çalışmalar yerinə yetiriləcək. Bu zaman yüksək peşə təhsili ilə yanaşı, beynəlxalq NVQ səviyyələrindən müvafiq olaraq 4 və 5-ci pilləri əldə etmiş olacaqlar. Proqramımızı yaxşı mənimsəmiş müvəffəqiyyətli məzunlara sənaye təşkilatlarında ixstisaslara uyğun müvafiq iş tapmalarına köməklik göstəriləcək, mərkəzin dövlət və özəl şirkətlərlə olan münasibətlərindən geniş istifadə olunacaq.
“KULANE” mütəxəssis hazırlıq mərkəzinin tələbələri, real iş mühitini öyrənmə, peşə biliklərinə və bacarıqlarına yiyələnmə, sənaye təcrübəli peşəkar müəllimlərdən dərs alma, davamlı inkişaf imkanları və üstünlükləri ilə fərqlənir.
@Strateq.az