Azərbaycanda əhalinin mənzil təmirinə xəcrlədiyi vəsait azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son iki ildə əhalinin mənzil təmirinə xərclədiyi pullar əvvəlki illərlə müqayisədə azalıb.
Eləcə də bax:Azərbaycanda əhali avtomobil təmirinə - 400 MİLYON MANATDAN ÇOX PUL XƏRCLƏYİB
Belə ki, ötən il Azərbaycanda əhali tərəfindən mənzil təmirinə 38 842,3 min manat xərclənib. Bu göstərici 2017-ci illə müqayisədə 480,30 min manat və ya 1,22% azdır.
Ümumilikdə isə mənzil təmirinə xərclənən vəsaitlər aşağıdakı dinamika üzrə dəyişib
2018-ci il – 38 842,3 min manat
2017-ci il – 39 322,6 min manat
2016-cı il – 40 341,9 min manat
2015-ci il – 43 617,6 min manat
2014-ci il – 41 699,4 min manat
2013-cü il – 38 921,4 min manat