İqtisadçı-ekspert Rauf Qarayev Almaniyada təqaüdə çıxmağın üstünlükləri barədə fikirlərini bölüşərək bildirib ki,""Deutsche Rentenversicherung" adlı təşkilat əmək pensiyasının yığımı ödənilməsi ilə məşğuldu. Alman dilindən tərcümədə renta – pensiya deməkdir. İlk əmək fəaliyyətinə başladıqda, şəxs avtomatik olaraq dövlət sığorta sistemində sığortalanır. Bütün sığortalanmış şəxslər şəsxi "Versicherungsnummer" nömrəsi alır. Deutsche Rentenversicherung müraciət etmək üçün şəxsi sığorta nömrən olmalıdır. Bu nömrəni iş üçün mürciət etdikdə, işəgötürənə də demək lazımdır. Pensiya sığorta sistemində qeydiyyat və nömrəsi almayan şəxslər üçün nömrənin verilməsi işlərini işəgötürən, əmək birjası və ya tibbi sığorta xəzinədarlığı edə bilər.
Deutsche Rentenversicherung təşkilatı 27 yaşından yuxarı şəxslərə hər il informasiya xaraktrli məktub yollayır. Məktubda 5 illik pensiya ödəmələri və pensiya çıxdıqda nə qədər pensiya ala bilər haqqında məlumatlar qeyd edilir. Ümumi sığorta faizi 18,6 faizdir. Bunun yarısını işəgötürən ödəyir. Əgər siz təhsil aldığınız müddətdə 325 avro və ondan az təqaüd alırsınızsa, işəgötürən bütün sosial sığortanı öz vəsaiti hesabına ödəyir. Kimlər dövlət hesabına sığortalanır? Stajorlar – birinci iş ili onlar iş prosesində bədbaxt hadisələrdən sığortalanırlar. İkinci il isə istirahətdə olan zaman bədbaxt hadisələrdən və xəstəlikdən sığortalanırlar. Uşaqların tərbiyəsi ilə məşğul olan ata və analar.
Eləcə də bax: Dünyanın ən yaxşı ali təhsil müəssisələri - TOP 10
Hüququn əl edilməsi, iki valideyndən biri əldə edə bilər. Ya ata ya na ana. Müddət 36 aydır. Uşağın tərbiyyəsi ilə ən çox ana məşğul olduğundan, ana ilə yanaşı ata da, bu prosesdə iştirak etmək istəyirsə o halda 2 aya bir yerdə məşğul ola bilərlər.Eyni zamanda sığortalanmaq hüququnu uşaqları övladlığa götürən valideynlər də əldə edirlər: Almaniyada kim qəyyumlar hesab olunur ? Əgər ana və ata arasında münasibət olmadıqda himayəçi olan baba və nənə, qohumlar da bu hüquqdan da istifadə edə bilər. Əgər uşaq məktəbdə oxuyursa və onu himməyə edən şəxs pensiya yaşına çatıbsa və bütöv pensiya alırsa o halda bu ququdan istifadə edə bilmir. Əgər anadan olan uşağdan 21 ay keçibsə və ondan sonra uşaq anadan olubsa bu halda müddət 51 aya kimi artırırılır. 36 (tərbiyə üçün nəzərdə tutulan müddət) -21 = 15 ay + yeni doğulan uşaq üçün 36 ay bu halda 51 ay edir. Uşağa qulluq edilən zaman əmək haqqı alırsınız, bu da bir başa gələcək pensiyanıza təsir edir. Hazırda orta illik pensiya məbləği 38901 avrodur."