Son Xəbərlər

Bakı İH-da yeni təyinat var

Bakı İH-da yeni təyinat var | FED.az
16:49 10 Okt 2018

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub. 

FED.az xəbər verir ki, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb. 

Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub. 

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb. 

Bu gündən o vəzifəsinin icrasına başlayıb.

Əldə edilmiş məlumata görə, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.

Digər xəbərlər