Yağışa görə sığorta ödənişi almaq olar – ARAYIŞ 36 MANATDIR
10:2724 Sen 2018
Sentyabrın 23-də Bakıdakı yığış zamanı evlərinə zərər dəşmiş vətəndaşlar icbari sığortaları varsa, sığorta şirkətlərindən ödəniş ala bilərlər. Bu barədə FED.az-a video müsahibəsində sığorta eksperti İlkin İbrahimov bildirib. Onun sözlərinə görə, icbari sığortalar haqqında qanuna əsasən, təbii fəlakətlər nəticəsində əmlaka dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanır. Bura digər hadisələrlə yanaşı, normadan qat-qat artıq olan leysan yığışları da aiddir.
«Ona görə də sığortası olan vətəndaşlar əmlaklarına dəyən zərərə görə, müraciət edə bilərlər».
İlkin İbrahimovun sözlərinə görə, belə hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arayış da tələb olunur və bu arayış üçün ödəniş söhbət bir günlük hava şəraitinə aid arayışdan gedir – FED.az) 36,6 manatdır.
Ekspert bildirir ki, bəzən sığorta hadisələrinin araşdırılması zamanı bir neçə gün üzrə arayışların alınması tələb edilir. Bu zaman həmin ödəniş günlərin sayına vurulur. Nəticədə bəzən 5-10 günlük müddət üçün arayışların qiyməti 180-360 manatadək artır.
Ekspert bildirib ki, hazırda belə hadisələrlə bağlı Bakı şəər məhkəmələrində çoxsaylı işlərə baxılır və məhkəmə iddialarının əsas səbəbi sığorta şirkətlərinin ödənişən yayınmaq istəməsidir.