Azərbaycanda sığorta sahəsi üzrə fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin səhlərindəki pay bölgüsü dəyişib.
FED.az xəbər verir ki, sabiq “CDB Bank” Müşahidə Şurası sədri olmuş Fərəh Məmmədova Sığorta Şirkətində 19% pay sahibi olub. Onun səhmlərinin ümümi dəyəri 2,76 mln. manatdır.
Məlumata görə, F.Məmmədova fiziki şəxs Eldar İsmayılova məxsus 130 500 manatlıq səhmləri (9%) alıb. Bundan başqa, əvvəllər 19% pay sahibi olmuş Zeynal Əliyevin də səhmlərinin 10%-ni alıb.
Xatırladaq ki, Meqa Sığorta 2010-cu ildə ilkin nizamnamə kapitalı 3 500 000 manat olmaqla yaradılıb. Hal-hazırda şirkət 14 500 000 manat nizamnamə kapitalına malikdir.