Sumqayıt Sənaye Parkında 60 milyon manatdan çox investisiya hesabına yeni kağız istehsalı müəssisəsi yaradılacaq.
Ağdamda buraxılan çəkmələr Avropa və Kanadaya satılır - 3500 cütdən çox sifariş alınıb
FED.az xəbər verir ki, “Sumqayıt kağız emalı zavodu” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Yeni rezident tərəfindən karton və kağız tullantılarının təkrar emalı yolu ilə kağız istehsalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton təşkil edən müəssisə yaradılacaq.
Qeyd edək ki, hazırda Sumqayıt Sənaye Parkında 46 rezident qeydiyyatdan keçib. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 5 milyard 600 mln manatdan çox investisiya yatırılıb və 6 400-dən artıq iş yeri yaradılıb.













