Azərbaycanın ilk süni mərmər və qranit istehsalı müəssisəsi olan “NB Ceramic” zavodu gələn il istehsal gücünü 4 dəfə artıracaq.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
FED.az xəbər verir ki, bunu “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.
Onun sözlərinə görə, Gəncə şəhərində yerləşən, Azərbaycanda ilk dəfə olaraq keramoqranit istehsal edən “NB Ceramic” zavodunda yeni istehsal xətti yaradılacaq. Bunun hesabına mövcud illik 3 milyon kvadratmetrlik istehsal gücünün 12 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur.
İstehsalın artırılması zavodun ixrac imkanlarını genişləndirəcək. Azərbaycanın daxili tələbatını ödəyən bu məhsullar hazırda Rusiya və Gürcüstana ixrac edilir. Zavod məhsullarını Qazaxıstan və Özbəkistan bazarına da ixrac etmək üçün müəyyən razılaşmalar əldə edib.
Xammalın əldə edilməsindən hazır məhsulun maşınlara yüklənməsinə qədər bütün proseslərin tam avtomatlaşdırılmış şəkildə icra olunduğu zavodda İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb. Məhsulun hazırlanması üçün tələb olunan xammal həm yerli, həm də xarici ölkələrin istehsalıdır. İnsan sağlamlığı üçün zərərli olmayan, aşınma dərəcəsi çox aşağı olan məhsuldan keçidlərdə, aeroportlarda və s. yerlərdə istifadə edilə bilər. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)