Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Kartaş Kimya” MMC-nin yeni tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir.
İZİA: Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb
FED.az xəbər verir ki, bunu MMC-nin direktoru Necmeddin Taşbağ zavodun tikintisi ilə əlaqədar keçirilən media tur zamanı deyib.
Onun sözlərinə görə, yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə 15 milyon manatdan çox sərmayə qoyulub.
Zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkədə ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materialları və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.
“Kartaş Kimya” MMC-yə 2022-ci ildə SKSP-nin rezidenti statusunun verildiyini xatırladan N.Taşbağ qeyd edib ki, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsi və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. (vergiler.az)