Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən, dünyanın 18 ölkəsində əczaçılıq, tikinti və digər xidmət sahələrində uğurla fəaliyyət göstərən “NOWP Group”un bir qolu olan “Novator HRC” şirkəti Azərbaycanda kimyəvi yuyucu və dezinfeksiyaedici vasitələrin istehsalına başlayacaq. İstehsal müəssisəsi Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində qurulacaq. Zavodun bu il ərzində fəaliyyətə başlaması nəzərdə tutulur.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
FED.az xəbər verir ki, bunu “Novator HRC” şirkətinin marketinq meneceri Hacı Mustafazadə deyib. Onun sözlərinə görə, hazırda həmin məhsulları Azərbaycana idxal edərək satışını həyata keçirirlər.
H.Mustafazadə əlavə edib ki, hazırda bir neçə çeşiddə kağız məhsulu - masaüstü salfet, mətbəx salfeti, tualet kağızları istehsal edirlər: “Xammal xaricdən idxal edilir. Kifayət qədər satış həcmimiz var. Hazırda ixrac yoxdur, amma tezliklə kağız məhsullarımızı ixrac etməyi düşünürük. İlk olaraq Gürcüstana məhsul ixracına başlamağı planlaşdırırıq”. ( Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)