İran yerli helikopter istehsal etməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Məhəmməd-Rza Aştiani Nazirlər Kabinetinin bu gün keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.
Qeyd olunub ki, “Shahed 285” İranda hazırlanmış yüngül hücum-kəşfiyyat helikopteridir.
Helikopter İran Təyyarə İstehsalı Sənayesi Korporasiyası (Iran Aircraft Manufacturing Industries Corporation - HESA) tərəfindən inşa edilib və 24 may 2009-cu ildə təqdim edilib. (Marja)