AzərbaycanPrezidenti cənab İlham Əliyevin dövlət şirkətlərinin fəaliyətinin səmərəliliyinin davamlı olaraq artırılması istiqamətində həyata keçirdiyi islahatlar, müvafiq qərar və tapşırıqlara uyğun olaraq «AzerGold» QSC-nin fəaliyətinin ötən 8 ili qızıl layihələri üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın tam aradan qaldırılması, ilk illərdən mənfəətli fəaliyyət və digər səmərəli iqtisadi töhfələrlə müşayiət olunub.
FED.az xəbər verir ki, bu illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan Səhmdar Cəmiyyət dövlətə vergi formasında 153,773,857 manat vəsait ödəyib.