2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 390 ədəd yük avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük avtomobili istehsalı 119 ədəd və ya 44% artıb.
2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 271 ədəd təşkil edib.
2024-cü ilin 1 sentyabr tarixinə anbarlarda qalan yük avtomobillərinin sayı 41 ədəd və ya 3,7 dəfə artaraq 56-ya çatıb .
2023-cü ilin 1 sentyabr tarixinə bu göstərici 15 ədəd olub.