2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2 627 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 685 ədəd və ya 35,3% artıb.
2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 1 942 ədəd təşkil edib.
2024-cü ilin 1 sentyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 228 ədəd və ya 2 dəfə azalaraq 226-ya düşüb.
2023-cü ilin 1 sentyabr tarixinə bu göstərici 454 ədəd olub.