2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 418,4 min ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 132,7 min və ya 4% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 285,7 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 59,1 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 39,7 min ton və ya 40,2% azalıb.
01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 98,8 min ton təşkil edib.