2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 817,5 min ton tikinti qumu hasil edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti qumu 331,1 min və ya 68,1% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 486,4 min ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 37.9 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 11,4 min ton və ya 43% artıb.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 26,5 min ton təşkil edib.