2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi məlum olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə 2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.9 kq və ya 26.4% azalıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycanda 140 kq qara kürü istehsal edilmişdi.