Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 356,3 ton mis konsentratı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mis konsentratı istehsalı 324,1 ton və ya 11,1 dəfə artıb.
2024-ci ilin yanvar-fevral aylarında bu göstərici 32,2 ton təşkil edib.
01.03.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 234,5 ton təşkil edib ki, bu da illik müqayisədə 179,8 ton və ya 4,3 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 54,7 ton olub.