2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 38,6 min ton sürtkü yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sürtkü yağları istehsalı 15,2 min ton və ya 28,3% azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 53,8 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 1,8 min ton və ya 50% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 3,6 min ton olub.