2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1 967,2 ton çay istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 395,1 ton və ya 25,1% artıb.
Ötən ilin yanvar-fevral aylarında 1 572,1 ton çay istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 87,6 ton təşkil edib.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 ton və ya 17,4% çoxdur.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 74,6 ton təşkil edib.