2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 38 min dkl alkoqolsuz içki istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 830 min dkl və ya 19,7% artıb.
Ötən ilin yanvar-fevral aylarında 4 milyon 208,3 min dkl alkoqolsuz içki istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 541,1 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 38,4 min dkl, yəni 7,6% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 502,7 min dkl olub.