2024-сü ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanda 2627 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 685 ədəd çox (35,3% çox) minik avtomobili istehsal olunub.
Azərbaycana 8 ildə 6 mindən çox elektromobil gətirilib
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 226 ədəd təşkil edib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17,6 faiz azalaraq 411 ədəd təşkil edib.
Yük avtomobillərinin istehsalı isə 6,8% artaraq 390 ədəd təşkil edib.