Banner

Sənaye

Azərbaycan gəlirinin azalması üçün xam neft ixracını kəskin artırıb

Azərbaycan gəlirinin azalması üçün xam neft ixracını kəskin artırıb | FED.az
11:07 18 Fev 2019

2019-cu ilin Yanvar ayında Azərbaycandan 1 milyard 18 milyon 113 min dollar dəyərində 2  milyon 395 min 69 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac olunub.

FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayında Azərbaycandan 874 milyon 821 min dollar dəyərində 1 milyard 811 milyon 648 ton xam neft ixrac olunmuşdu. Beləliklə, ötən ilin yanvar ayı ilə müqayisədə xam neft ixracı miqdar ifadəsində 32,2%, dəyər ifadəsində isə 16,4%artıb. Əgər miqdar ifadəsində artım olmasaydı, Azərbaycanın xam neft satışından ixrac gəliri azalardı. 

Qeyd edək ki, Ötən ilin Oktyabr ayında 80 dolları keçən neftin qiyməti bu ilin yanvarında 60 dollar səviyyələrində olub. Azərbaycan gəlirinin daha çox azalmasının qarşısını almaq üçün xam neft ixracını artırıb. 

Eləcə də bax: Xaricdən avtomobil idxalı kəskin artmaqda davam edir - SON RƏQƏMLƏR

Digər xəbərlər

Banner