Maliyyə lizinqi və sair maliyyə xədmətləri göstərən «Legion Financial» ASC 2024-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkət təqribən 3 dəfə böyüyüb, onun gəlirləri və mənfəəti isə iki qat artıb.
BOKT “Azfinans” mənfəətdən - ZƏRƏRƏ KEÇİB - HESABAT
Şirkətin açıqladığı hesabata əsasən 2024-cü ildə «Legion Financial» ASC-nin aktivləri təqribən 3 dəfə böyüyərək 4,7 milyon manatdan 13,8 milyon manata yüksəlib.
“Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Aktivlərin strkuturunda da ciddi dəyişiklik olub.
Bir il əvvəl – 2023-cü ilin sonunda «Legion Financial» ASC-nin aktivləri demək olar ki, bütünlüklə müştərilərə verilmiş lizinqdən ibarət idi – 4,G7 milyon manat. 2024-cü ildə vəziyyət dəyişib. Ötən il «Legion Financial» ASC-nin lizinq portfeli 2 dəfədən çox böyüyərək 10 milyon manatı keçib. Eyni zamanda şirkət ilk dəfə olaraq investisiya əmlakına 2,2 milyon manat yatırım edib.
Elmar Məmmədovun BOKT-unda kəskin eniş - 2 DƏFƏ KİÇİLİB – İŞÇİ XƏRCLƏRİ AZALIB
Bundan əlavə, «Legion Financial» ASC banklarda 855 miin manatlıq depozit yetişdirib, özünə 100 min manatlıq əmlak və avadandlıq alıb, hesabındakı vəsaitləri isə 22 min manatdan 116 min manata yüksəldib.
Son bir ildə şirkətin nizamnamə kapitalı da 1 milyon manatdan çox artaraq 2,2 milyon manatdan 3,5 milyon manata yüksəlib.
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bölüşdürülməmiş mənfəəti nəzərə aldıqda isə, 2024-cü ilin sonunda şirkəti cəmi kapitalı da 1 milyon manata yaxın artaraq 4,7 milyon manata sıçrayıb.
2024-cü ildə «Legion Financial» ASC-nin maliyyə göstəricilərində əsas dəyişiklik öhdəlikləri hissəsində baş verib. Şirkətin öhdəlikləri 5 dəfə artaraq 1,9 milyon manatdan 9 milyon manata çatıb.
Ötən il şirkət öz səhmdarlarından 4,7 milyon manat əlavə borc cəlb edib. Digər mənbələrdən cəlb edilən borc vəsaitlərinin həcmi isə 7 dəfə arntaraq5,2 milyon manatı keçib.
Kredit portfeli və sair göstəricilərdə baş verən dəyişikliklər özünü dərhal gəlir və xərc maddələrində də göstərib.
2024-cü ildə «Legion Financial» ASC-nin faiz gəlirləri 3 dəfə artaraq 2023-dəki 900 min manatdan 2,3 milyon manata yüksəlib.
Şirkətin öhdəliklərinin artımı isə onun faiz xərclərini 5 dəfə artırıb. 2023-cü ildə «Legion Financial» ASC 133 min manat faiz xərci ödəmişdisə, 2024-cü ildə bu rəqəm 735 min manata yüksəlib. Daha 154 min manat mümkün zərərlər üzrə ehtiyata ayırılıb.
Nəticədə şirkət 2024-cü ildə 1 milyon 324 min manat xalis faiz gəliri əldə edib.
Ötən il «Legion Financial» ASC-nin qeyri-faiz gəlirləri 10 dəfəyə yaxın artaraq 42 mindən 402 min manata yüksəlib.
Eyni zamanda işçi sayının artması və inzibati xərclərin artması nəticəsində şirkətin qşeyri-faiz xərcləri də 6 dəfə artaraq 191 min manata çatıb.
Beləliklə, ilin sonuna şirkətin vergidən əvvəlki mənfəəti 1 milyon 535 min manata çatıb, 321 min manat mənfəət vergisi ödənişini çıxdıqdan sonra «Legion Financial» ASC 2024-cü ili 1 milyon 214 min manat xalis mənfəətlə tamamlayıb.
Bu əvvəlki illə müqayisədə 2 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə «Legion Financial» ASC-nin xalis mənfəəti 616 min manat olmuşdu.