"Qafqaz Kredit" BOKT 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.azxəbər verir ki, təşkilatın ötən il effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri 357 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 122 min manat artıb (51.9%).
Faiz xərcləri isə 132 manat olub ki, bu da ötən illə müqayisədə 12 manat (8.3%) azalmadır.
Nəticədə, xalis faiz gəlirləri 357 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 122 min manat (51.9%) artım demək olub.
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat 40 min manat olub. Bu xərc 2023-cü ildə qeydə alınmayıb. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 317 min manata bərabər olub. İllik illə müqayisədə 82 min manat (34.9%) artıb.
Haqq və komissiya xərcləri 71 manat (3.7%) artımla 2 min manat yüksəlib.
İnzibati və digər əməliyyat xərcləri 227 min manat təşkil edib. Son bir il ərzində bu xərclər 33 min manat (17.0%) artıb.
Digər gəlirlər 13 min manat olub. Bu göstəricilər üzrə 2 min manat (13.3%) azalma baş verib.
Köhnəlmə xərcləri 1 min manat (25.0%) azalaraq 3 min manata düşüb.
Silinmə xərcləri isə 32 min manat təşkil edib, lakin 2023-cü ildə bu göstərici qeydə alınmayıb.
Bütün bu göstəricilər nəzərə alındıqda, vergidən əvvəlki mənfəət 67 min manata çatıb. Bu da ötən illə müqayisədə 17 min manat (34.0%) artım demək olub.
Mənfəət vergisi xərci 13 min manat olub. Bu xərclər illik müqayisə ilə 2 min manat (18.2%) çoxdur.
Nəticədə, "Qafqaz Kredit" 2024-cü il üzrə 54 min manat xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 14 min manat (35.0%) çoxdur.
İl üzrə digər məcmu gəlirlər illik müqayisədə 17 min manat (48.6%) azalaraq 18 min manata düşüb.
Cəmi məcmu mənfəət isə 2023-cü illə müqayisədə 4 min manat (5.3%) azalaraq 71 min manat təşkil edib.
2024-cü ilin yekunlarına əsasən, təşkilatın cəmi aktivləri 1 milyon 193 min manat olub. Aktivlər 2023-cü illə müqayisədə 14 min manat (1.2%) böyüyüb.
Bundan pul vəsaitləri və onların ekvivalentləri 12 min manat təşkil edib. Əvvəlki illə müqayisədə 1 min manat (14.3%) azalıb.
Müştərilərə verilmiş kreditlər və avanslar (kredit portfeli) 93 min manat (9.2%) artımla 1 milyon 101 min manata yüksəlib.
Qazanılmış, lakin alınmamış gəlir 29 min manat təşkil edib, 2023-cü ildəki 100 min manatla müqayisədə 71 min manat (3.4 dəfə) azalıb.
Banklarda yerləşdirilmiş depozitlər 29 min manat olub, Bu da son bir ildə 3 min manat (9.4%) azalma deməkdir. Binalar və avadanlıqlar üzrə aktivlər cəmi 1 min 528 manata bərabər olub ki, bu da əvvəlki ilin göstəricisindən 250 manat (19.5%) çoxdur.
Təxirə salınmış vergi aktivi 2 min 515 manat (37.5%) artaraq 11 min manata yüksəlib.
Gələcək dövrün xərci 4 min manat (90.0%) azalaraq 4 min manata düşüb.
Digər aktivlər isə 5 min manata bərabər olub. Bu da illik 2 min manat (28.6%) azalmadır.
2024-cü ilin sonunda təşkilat 36 min manat öhdəliklərə malik olub ki, bu ötən illə müqayisədə 57 min manat (2.6 dəfə) azdır.
Gələcək dövrün gəlirləri 2023-cü ildə 44 min manat olub, lakin 2024-cü ildə sıfıra enib.
Eyni zamanda maliyyə institutlarına ödəniləcək vəsaitlər 2023-cü ildə 39 min manat olub, lakin 2024-cü ildə sıfıra enib.
Təxirə salınmış vergi öhdəliyi 2023-cü ildə 9 min 933 manat olub, Bu göstərici də eynən 2024-cü ildə olmayıb.
Cari vergi öhdəliyi 13 min manata bərabər olub. Bu da öz növbəsində 3 min 458 manat (30%) artım deməkdir.
Digər öhdəliklər 23 min manata bərabər olub. Ötən il bu göstərici olmayıb.
Cəmi kapital 1 milyon 156 min manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 71 min manat (6.6%) artımdır. Nizamnamə kapitalı 592 min manat olaraq dəyişməyib.
Kapital ehtiyatları da 238 min manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəət 71 min manat (27.9%) artımla 326 min manata yüksəlib.
Nəticə olaraq, 2024-cü ildə BOKT "QAFQAZ-KREDİT" MMC-nin cəmi aktivlərində cüzi artım olsa da, öhdəliklərdə əhəmiyyətli azalma baş verib ki, bu da kapitalın böyüməsinə müsbət təsir edib.