Qarabağ və Şərqi Zəngəzur ərazisində istehsal olunan məhsullarının dövlət satınalmalarında iştirakı zamanı xüsusi güzəştli yanaşma prinsipinin tətbiqi məsələsi təhlil edilir.
“Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır”
FED.az xəbər verir ki, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, bu gün ölkədə istehsal olunmayan yeni məhsullar məhz işğaldan azad edilmiş ərazilərdə istehsal olunacağı halda, onların daxili bazarda qorunması, dövlət satınalmalarında alışının təmin edilməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. (Vergiler.az)