Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır.
Mikayıl Cabbarov: "Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir.
O qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək: “Bununla belə bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı". (Report)