Azərbaycanda tütün məmulatlarının satışı zamanı, alıcılardan yaşını təsdiq edən sənəd tələb edilə bilər.
FED.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edib.
Qərara aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilib: «Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir».
Eləcə də bax: Sənədsiz həyət evlərinin məsələsi araşdırılır – PREZİDENTDƏN TAPŞIRIQ
Başqa sözlə, satıcı, siqaret alan şəxsin yaşının 18-dən az olmasından şübhələnsə, ondan yaşını təsiq edən sənəd, məsələn şəxsiyət vəsiqəsini tələb edə bilər.
Eləcə də bax: Azərbaycan 1 ölkədən 129 milyon dollarlıq siqaret alıb
Siqaret alanlardan şəxsiyyət vəsiqəsi tələb olunacaq – YENİ QƏRAR
10:01
16 Mart 2019