Hava nəqliyyatı ilə yüklərin daşınması ilə məşğul olan "Silk Vey Vest Aviaşirkəti" MMC 2021-ci ili 920 milyon 230 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 630 milyon 392 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 289 milyon 838 min manat və ya 46% artıb.
Eləcə də bax: "Silk Way West Airlines" iki yeni nəsil Airbus A350F sifarişini - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, "Silk Vey Vest Aviaşirkəti"nin cəmi gəlirləri 2020-ci ildə 2 milyard 353 min manat ikən, 2021-ci ildə 2 milyard 880 milyon manata yüksəlib (527 milyon manat və ya 22,4% artıb).
31 dekabr 2021-ci il tarixində "Silk Vey Vest Aviaşirkəti" 2 milyard 43 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 1 milyard 735 milyon manat cəmi aktivlərə malik idi.
"Silk Vey Vest Aviaşirkəti" MMC-nin 100% sahibi Zaur Axundovun nəzarət etdiyi "Silk Way Airlens LLC" şirkətidir. (Marja)